preloader gif

“Google Pay” Azərbaycanda rəsmi olaraq - İSTİFADƏYƏ VERİLDİ


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
15:31 23.08.2022

Azərbaycan Mərkəzi Bankı (AMB) bank sektoru, beynəlxalq kart təşkilatları, eləcə də ödəniş xidməti təchizatçıları ilə əməkdaşlıq edərək ölkədə rəqəmsal ödəniş həllərinin qəbulu və istifadəsinin genişləndirilməsi istiqamətində səylərini davam etdirir.

AMB-dən FED.az-a bildirilib ki, bu gün “Google Pay” Azərbaycanda rəsmi olaraq istifadəyə verilib. Artıq Azərbaycanda “Android” telefon və ya “Wear OS” istifadəçiləri “Google Wallet” tətbiqi vasitəsilə ödəniş kartlarını yadda saxlaya, “Google Pay” ilə rahat, təhlükəsiz və təmassız ödənişləri həyata keçirə biləcəklər.

Mərkəzi Bank maliyyə innovasiyaları və rəqəmsal ödəniş xidmətlərini təşviq etməklə təmassız ödənişlərin genişlənməsi, bununla da iqtisadi subyektlər üçün daha əlverişli ödəniş həllərinin təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET